Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

"44 gün -Tarixi zəfər" ensiklopedik toplunun 2-ci cildinin təqdimatı keçirildi -FOTOLAR

 Bu gün M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün -Tarixi zəfər" ensiklopedik toplunun 2-ci cildinin təqdimatı keçirildi.

Yenixeber.org: Kitab 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Vətən oğullarına həsr olunub. İlk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, son günlər Azərbaycanın apardığı antiterror əməliyyatı nəticəsində tarixi ədalət bərpa olundu. Artıq bu antiterror nəricəsində şanlı ordumuz Xankəndidə daxil olmaqla, Ağdərəyə, Xocalıya, Əskərana və digər ərazilərimizə nəzarət edir. Qələbə qazanan şəhidlərimizin və qazilərimizin heç vaxt unudulmayacağını və gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini vurğuladı. Sonra söz Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verildi. O, ,,Xatirə Kitabının,, mahiyyəti, gördüyü işlər barədə məlumat verdi. ,, Xatirə Kitabı,, Azərbaycanda yeganə redaksiyadır ki, dövlət tərəfindən maliyyləşərək İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız, eləcə də Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edərək ictimaiyyətin ixtiyarına verib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaranan redaksiya bu günə qədər öz fəaliyyətini əzmlə davam etdirir. Respublika Xatirə kitabı Redaksiyası eyni zamanda "Bakı Xəbər" qəzetinin birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Vətən müharibəsində həlak olan döyüşçülərimizin həyatı, onların keçdiyi döyüş yoluna həsr olunmuş bir neçə kitab da nəşr edib. Tədbirdə digər çıxış edənlər- Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova kitabla bağlı öz fikirlərini söyləyib. Çıxış edənlər bir daha bizə bu möhtəşəm qələbəni yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza öz dərin minnətdarlığını bildirdilər.

Vüqar Əsgər



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam