Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Netanyahu Ərdoğanla görüşəcək -ABŞ-da

Netanyahu Ərdoğanla görüşəcək

İsrailin Baş naziri Binyamin Netanyahu gələn həftə ABŞ-yə səfəri zamanı ölkə başçısı Cozef Baydenlə yanaşı Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodımır Zelenski ilə də görüşməyi planlaşdırır.

Yenixeber.org: Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu bazar günü axşam İsraildə yəhudilərin Yeni ili Roş-Ha-Şana başa çatdıqdan dərhal sonra İsraildən ABŞ-yə uçacaq. Qeyd olunub ki, onun ABŞ-yə səfəri dövlət səfəri statusunda olacaq.

“Səfər çərçivəsində hökumət başçısı ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodımır Zelenski və Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə görüşəcək”, - məlumatda deyilib.

Səfər zamanı Netanyahu həmçinin BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edəcək və dünya təşkilatının Baş katibi Antoniu Quterreşlə görüş keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam