Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

QHT sədri həbs edildi -SƏBƏB

qht-sedri-hebs-edildi

Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Oqtay Mirəlizadə həbs edilib.

Yenixeber.org: Məlumata görə, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Belə ki, vətəndaşlardan biri hüquq-mühafizə orqanlarına müraciət edərək O.Mirəlizadənin ondan aldatma yolu ilə 25 min manat aldığını və geri qaytarmadığını bildirib.

Şikayətçinin sözlərinə görə, QHT rəhbəri onun övladını köçürmə yolu ilə DYP-də işə qəbul etdirəcəyinə vəd verib. Yüksəkvəzifəli tanışları vasitəsilə bu işi həll edəcəyinə söz verən Oqtay Mirəlizadə 2022-ci ilin mayında ondan Sumqayıtda yerləşən “Yaşar” restoranında 25 000 manat alıb. Lakin Mirəlizadə vədinə əməl etməyib və aldığı pulu geri qaytarmayıb. O, pulu işi həll etməsi üçün tanışına verdiyini bildirib.

Cinayət işinin materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə O.Mirəlizadəyə 2 il müddətinə həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam