Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qarabağın reinteqrasiyasına İsrail şirkətləri də cəlb ediləcək

İsrail şirkətləri Qarabağın reinteqrasiya layihələrinə cəlb ediləcək
İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsi önəmlidir.
Yenixeber.org: Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşündə bildirilib. E. Əliyev qeyd edib ki, geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə işlər davam etdiriləcək.
Qeyd edilib ki, Azərbaycanla İsrail müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərir. Yüksək səviyyəli səfərlər, keçirilən görüş və tədbirlər münasibətlərin inkişafında önəmli rol oynayır. 3-cü iclası bu ilin aprelində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya tərəfdaşlığın inkişafı üçün mühüm platformadır. Ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Ötən il İsraillə ticarət dövriyyəsi 85 %-dən çox artıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir.
İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, energetika, sənaye zonaları və aqroparklar, turizm, su təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, humanitar və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.
İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə, o cümlədən, Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka marağını ifadə edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam