DB Ukraynaya 232 milyon ayırdı -SƏBƏB
Dünya Bankı Ukraynaya 232 milyon dollar ayırıb. Bu pula 100 mindən çox ukraynalı ailənin mənzilini bərpa etmək olar.
Yenixeber.org: Bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Maliyyələşdirmə pəncərələrin dəyişdirilməsi və ya dam örtüyünün təmiri kimi işlərə imkan verəcək. Ümumilikdə layihə çərçivəsində beş rayonda 98 minə yaxın evin və 8 min mənzilin təmiri planlaşdırılır", -məlumatda qeyd olunub.
Dünya Bankının məlumatına görə, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində 3,5 milyon insanın yaşadığı 1,4 milyona yaxın evə ziyan dəyib. Dəyən ziyan 50 milyard dollardan çox qiymətləndirilir.









AZ
RU
