Nigerin bu ölkədəki səfirinin oğlu həbs edildi
Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Nigerin Fransadakı səfiri Aişat Bulam Keynin oğlu olan “La Poste du Niger”in baş direktoru İdris Keyni həbs ediblər.
Yenixeber.org: Bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Həbs edilən şəxsin dövlət vəsaitinin mənimsənilməsi işi üzrə müttəhim olduğu iddia edilir. Lakin “Le Figaro”nun qeyd etdiyi kimi, həbs siyasi motivli ola bilər.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib.