Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Britaniya kəşfiyyatı rusları əməkdaşlığa dəvət edir

Britaniyanın MI6 xarici kəşfiyyat qurumunun rəhbəri Riçard Mur Rusiyanın Ukraynaya qarşı qanlı müharibəsinə ən qısa zamanda son qoymağa kömək etmək üçün rusları əməkdaşlığa çağırıb. 

Yenixeber.org: Britaniyanın Praqadakı səfirliyində etdiyi çıxış edən Mur vurğulayıb ki, Rusiyanın Ukraynada yenidən qüvvələr toplaya biləcəyi perspektivləri çox zəifdir. O, müharibədən və hökumətdən narazı olan rusları Britaniya kəşfiyyat orqanları ilə əməkdaşlığa dəvət edib.

"Onları bizimlə güclərini birləşdirməyə dəvət edirəm. Qapımız hər zaman açıqdır. Biz onların bizimlə paylaşdıqları sirlərin etibarlı şəkildə qorunub saxlanmasını təmin edərək, onların yardım təkliflərinə son dərəcə ehtiyatla və peşəkarlıqla yanaşacağıq. Biz birlikdə bu qan tökülməsinə son qoymağa çalışacağıq", - Britaniya kəşfiyyatçısı deyib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam