Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında -FOTOLAR

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib. 

Yenixeber.org: Nazirlikdən bildirilib ki, Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, o cümlədən respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. 

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub. 

Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib. 

Sonda Müdafiə Nazirliyinin idarə rəisləri şəhid ailələri görüşərək onların qayğıları ilə maraqlanıblar. Ailələr isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam