Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Hindistanda daşqın :Ölənlərin sayı artır

Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.

Yenixeber.org: Bu barədə "India Today" telekanalı məlumat yayıb.

Hindistanın şimal-şərq bölgələrində leysanlar iyulun 8-də başlayıb, iki amilin - musson yağışları və Aralıq dənizi regionundan rütubətli hava kütlələrinin birləşməsi nəticəsində baş verib. Leysanlar Dehli rayonuna, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryan, Racastan ştatlarına, Cammu və Kəşmirin birlik ərazisinə yağıb. Çərşənbə günündən etibarən Uttarakhandda güclü yağışlar davam edir.

Təbii hadisədən daha çox Himalay dağlarının ətəklərində yerləşən Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, bir çox yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarının dağlıq bölgələrində yolların eroziya və su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb. Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub, yağışlar praktiki olaraq dayanıb, xilasetmə və bərpa işləri aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam