Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ceyhun Bayramov Almaniyanın dövlət naziri ilə görüşüb-FOTOLAR

11 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Yenixeber.org: XİN-dən verilən xəbərə görə, görüşdə, iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, yüksək səviyyəli səfərlərin, o cümlədən siyasi təmasların bu dinamikanın artımında əhəmiyyətli yer tutduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən davamlı hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsinin sülh prosesinin qarşısında duran maneələrdən olduğu diqqətə çatdırılıb.

Dövlət naziri Tobias Lindner, Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirərək, bu istiqamətdə müxtəlif sahələr, xüsusilə ənənəvi və alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.

Almaniyanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərilən səyləri alqışladığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam