Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Qərbi Azərbaycan İcması ATƏT-in tədbirində -FOTOLAR

Qərbi Azərbaycan İcması ATƏT-in yüksək səviyyəli tədbirində təmsil olunub. 

Yenixeber.org: Bu barədə İcmadan məlumat verilib. 

Bildirilib ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun təsis edilməsinin 30 illiyi münasibəti ilə iyulun 7-də Vyana şəhərində keçirilən yüksək səviyyəli tədbirdə İcmanın adından iştirak edib. 

ATƏT-in Fəaliyyətdə olan Sədri Buyar Osmanı, ATƏT-in Baş katibi Helqa Şmid, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi vəziyyəti və milli azlıqların hüquqlarının qorunması məsələsi ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi məsələlər müzakirə olunub. Tədbirdə o cümlədən, milli azlıqlar mövzusunda ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

İcmanın sədr müavini R.Həsən müzakirələrə öz töhfəsini verib. Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verən İcma nümayəndəsi, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulanıb. R.Həsən Ermənistanın öz ərazisindən azərbaycanlıları qovub, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları ilə spekulyasiya etməsinin ATƏT-in dövlətlərarası münasibətlərdə Milli Azlıqlar üzrə Bolzano/Bozen Tövsiyə Sənədində də qınandığı kimi, ikili standart olduğunu vurğulayıb. 

Qeyd edək ki, bu, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk hal idi. İcma özünün insan hüquqları gündəliyini beynəlxalq səviyyədə təşviq etmək üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam