Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Türkiyədə ƏDV və rüsumlar kəskin artırılıb

Bu gündən Türkiyədə əlavə dəyər vergisi (ƏDV) 20 faizə qaldırılıb, xaricdən gətirilən mobil telefonların qeydiyyat rüsumu isə üç dəfədən çox artırılıb.
Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanında deyilir. Sənədə əsasən, viza, pasport, notariat xidmətləri və yaşayış üçün icazələrin qeydiyyat rüsumunda 50 faiz artım olub.
Xaricdən gətirilən mobil telefonun qeydiyyat rüsumu üç dəfədən çox artırılaraq 6091 lirədən 20 min lirəyə (233 dollardan 766 dollara) qaldırılıb.
Türkiyədə ƏDV-nin baza hissəsi bundan öncə 18 faiz idi. Turizm, inşaat, istehsal sənayesi sahələrində fəaliyyət göstərən kompaniyalar əlavə dəyər vergisindən azaddır. Yerli banklar və sığorta şirkətlərindən də ƏDV tutulmur, lakin onlar bank və sığorta əməliyyatlarına görə vergi ödəməlidir.
Yerli KİV tariflərin artırılmasını yeni hökumətin iqtisadiyyatı liberallaşdırmaq siyasəti ilə əlaqələndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam