Prezident Tamara Sinyavskayanı təltif etdi
Tamara Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Yenixeber.org: Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tamara İlyiniçna Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, bu gün Tamara İlyiniçna Sinyavskayanın 80 yaşı tamam olur. O, görkəmli bəstəkar Müslüm Maqomayevin həyat yoldaşıdır.