Zelenski Bolqarıstandadır
Ukrayna Prezidenti Vladimir Zelenski Bolqarıstana səfər edib.
Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.
“Sofiyadayam. Bolqarıstan Baş nazir Nikolay Denkovla əsaslı danışıqlar aparacağam, Prezident Rumen Radev, hökumət rəsmiləri, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcəyəm. Müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası, NATO Sammiti, təhlükəsizlik zəmanətləri və Sülh Formulasının həyata keçirilməsini müzakirə edəcəyəm", - o bildirib.