Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Saxta arayışla əsgərlikdən möhlət alırlarmış -TƏFƏRRÜAT

Çoxsaylı vətəndaşı hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı “Asangroup Xaricdə Təhsil” adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

"Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam