Ukrayna Baş Qərargahı:"Donetsk və Luqanskda ağır döyüşlər gedir”
“İşğal altındakı Donetsk və Luqansk vilayətlərində aktiv döyüş əməliyyatları gedir”.
Yenixeber.org: Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov bildirib.
Onun sözlərinə görə, Xerson, Zaporojye və Xarkov vilayətlərində də vəziyyət mürəkkəbdir: “Melitopol və Berdyansk şəhərlərində bölmələrimiz düşmənin müdafiəsinin 7,5 km dərinliyinə qədər irəliləyib”.
A.Qromovun sözlərinə görə, hərbi əməliyyatlar indi də davam edir: “Belarus və Rusiya sərhədlərindən daim raket və artilleriya hücumuna məruz qalırıq. Düşmənin təxribat-kəşfiyyat qüvvələrinin fəallığı müşahidə olunur”.
Qeyd edək ki, Rusiya Donetsk və Luqansk vilayətlərini 2014-cü ildə işğal edib.