İslamofobiya Avropada epidemiyaya çevrilib -Türkiyəli nazir
Türkiyə bu gün yeni dövrə keçid edib. Biz bu dövrdə qlobal problemləri fəal şəkildə həll etməyə çalışır və çalışacağıq.
Yenixeber.org: Bunu Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Təəssüf ki, qarşılaşdığımız mənfi məqamlar var. Avropada islamofobiyanın açıq şəkildə bəyan etdiyini görürük. İslamofobiya Avropada epidemiyaya çevrilib. Qurban bayramının ilk günündə Qurani-Kərimin yandırılmasının şahidi olduq. Biz bu kimi halları qınayırıq", - deyə XİN başçısı vurğulayıb.