Fransada saxlanılan etirazçıların sayı 3 mini keçdi
Fransada altı gündür davam edən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı açıqlanıb.
Yenixeber.org: Bu barədə BFMTV kanalı məlumat yayıb.
Bildirilib ki, polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb. Məlumata görə, indiyədək 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, lakin bu, yekun rəqəm deyil.
Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.