Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. 

Yenixeber.org:Müraciəti Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub. 

Məlumat üçün bildirək ki, Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir. 

Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bir sıra dövlət orqanlarının rəhbərləri iştirak edirlər. 

Toplantıda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi”, Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə” mövzusunda məruzələrlə çıxış edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam