Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Saakaşvilinin yeni görüntüləri yayıldı- VİDEO

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "Vivamed" klinikasının palatasından videobağlantı vasitəsilə məhkəmə prosesində iştirak edib.
Yenixeber.org: O, ona qarşı qaldırılan cinayət işlərində özünü təqsirsiz hesab etdiyini bildirib.

"Niyə tamamilə günahsız insan həbsdədir? Mən ittiham olunan cinayətləri törətməmişəm", - Saakaşvili deyib.
O, həmçinin bildirib ki, həbs onu "sındırmayacaq" və hazırkı Gürcüstan hakimiyyətini dəyişmək üçün siyasi mübarizəsini davam etdirəcək:
"Gürcüstandakı siyasi proseslərdə fəal iştirak etmək niyyətindəyəm. Biz hazırkı hakimiyyəti mütləq dəyişəcəyik və vətəndaş qarşıdurmasına imkan verməyəcəyik".
Saakaşvili Ukrayna vətəndaşı olduğunu və bununla fəxr etdiyini vurğulayıb. O əlavə edib ki, onun həbsdə olmasında Rusiya Prezidenti Vladimir Putin və Gürcüstanın keçmiş baş naziri, hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvilini günahkardır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam