Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Məhv edilən separatçıların meyitləri Ermənistana aparıldı

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb. 

Yenixeber.org:  Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət edib. Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb. 

Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. 

Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib. 

Qeyd edək ki, "Qisas-2" əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam