Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycan XİN Paşinyana cavab verib

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirdiyi, bölgənin “blokadada” saxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

Yenixeber.org: 27 iyun tarixində Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ də tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlara mane olmaq cəhdidir.

Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərin “etnik təmizləmə” kimi qələmə verilməsi absurddur. Bununla yanaşı, Laçın sərhəd buraxılış məntəqəsindən erməni sakinlərin tənzimlənən və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyi məlumdur. Bu xüsusda, bölgədə “gərgin humanitar vəziyyət” olduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.

Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam