Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Türkiyə gələn il “Akkuyu” AES-də enerji istehsalına başlayacaq

Türkiyə 2024-cü ildə ölkənin ilk atom elektrik stansiyası olan “Akkuyu”da (AES) elektrik enerjisi istehsalına başlamağı planlaşdırır.

Yenixeber.org:  Bu barədə Türkiyənin Energetika Nazirliyinin nüvə enerjisi idarəsinin rəhbəri Salih Sarı bildirib.

"Aprelin 27-də nüvə yanacağı “Akkuyu”ya çatdırılıb. Gələn il AES-də elektrik enerjisi istehsalına başlamağı hədəfləyirik", - Salih Sarı qeyd edib.

Türkiyə Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Türkiyə Rusiya və Cənubi Koreya ilə Qara dənizin “Sinop” vilayətində ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır. Bundan əlavə, Türkiyənin Avropa hissəsində (Trakiya bölgəsi) üçüncü AES-in tikintisi ilə bağlı danışıqlar aparılır, həmçinin dördüncü AES-in tikintisi də planlaşdırılır.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam