Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sahibə Qafarova:"Ermənistanla sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək"

"Ermənistanla sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək".

Yenixeber.org:  Bunu Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşdə deyib.

O, Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə geniş məlumat verərək, ölkənin hazırda özünün yüksək inkişaf dövrünü yaşadığını, 2020-ci ildə torpaqlarımızı Ermənistanın işğalından azad etdiyini və özünün ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

S.Qafarova qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. Artıq keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa başlayıblar: "Bununla belə, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinə ən böyük maneə işğal dövründə və üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq minadır. 2020-ci ilin payızından indiyə kimi 300-dən artıq vətəndaşımız minaların qurbanı olub. Təəssüf ki, bu ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycan beynəlxalq ictimaiyyətdən lazımi dəstəyi görmür".

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan sülh istəyir və Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürüb, hazırda sülh danışıqları davam edir: "Ermənistan hərbi təxribatlara son qoymalı, siyasi iradə nümayiş etdirərək, sülh sazişini imzalamalıdır. Sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam