Yenixeber.org: Bunu Hindistanın Baş naziri Narendra Modi “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.
Hindistan hökumətinin başçısı Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb. Onun sözlərinə görə, ölkəsi Ukrayna məsələsində neytral mövqedən çıxış etmir, lakin sülhün, beynəlxalq hüquqa və suverenliyə hörmətin tərəfdarıdır, həmçinin münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün bütün real cəhdləri dəstəkləyir.
“Bütün ölkələr beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət etməlidir, bütün münaqişələr diplomatiya və danışıqlar yolu ilə həll edilməlidir”, - Modi əlavə edib.
Hindistanla ABŞ arasındakı münasibətdən danışan Baş nazir ABŞ Prezidenti Co Baydenlə arasında böyük etimaddan danışıb və xüsusilə iki ölkə arasında tərəfdaşlığın sütunlarından biri kimi müdafiə sahəsində əməkdaşlığı qeyd edib. Modi həmçinin ticarət, texnologiya və enerji sahələrindəki əməkdaşlığı digər mühüm qarşılıqlı fəaliyyət sahələrinə aid edib.
Qeyd edək ki, Narendra Modi 21-24 iyun tarixlərində ABŞ-a dövlət səfəri edəcək və səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb.