Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mixaylo Podolyak:"Ruslar Zaporojye AES-i vura bilər"

"Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı risklər var və ruslar bu obyekti hər an vura bilərlər".

Yenixeber.org:  Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “RBK Ukraina”ya müsahibəsində deyib.

O, Rusiyanın bu gün cəbhə xəttində hadisələrin inkişafına təsir göstərmək üçün hərbi alətlərə malik olmadığını söyləyib.

M.Podolyak bildirib ki, buna görə də Kaxovka Su Elektrik Stansiyasının (SES) vurulması kimi terror üsullarından istifadə edilir: "Etiraf etmək lazımdır ki, Zaporojye AES-lə bağlı da oxşar təhlükə var".

Qeyd edək ki, Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib. Hadisə nəticəsində 35-dən çox adam həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam