Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu gün məktəblərdə “Son zəng” çalınır

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd edilir.

Yenixeber.org: Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2022/2023-cü tədris ilində 98 min 647 şagird XI (XII) siniflərdən məzun olur. Onlardan 89 min 112 nəfəri Azərbaycan bölməsində, 8 min 824 nəfər isə rus bölməsində təhsil alır. Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin XI sinfindən isə 4 nəfər məzun olacaq. 

Cari tədris ilinin sonuna ölkə üzrə ümumtəhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 707 min 242 nəfərdir. Onlardan 90 min 648 nəfəri məktəbəhazırlıq qruplarında təhsilalan uşaqlardır ki, onlarda tədris prosesi mayın 31-də yekunlaşıb. 

Tədris ilinin sonuna ölkə üzrə 4431 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 388-i Bakı şəhərində yerləşir. Ötən təqvim ili ərzində 30 təhsil müəssisəsi və 30 modul tipli məktəbdə əsaslı təmir və tikinti-quraşdırma işləri aparılıb. 

2022/2023-cü tədris ilinin əvvəlində 150 min 289 nəfər birinci sinfə gedib, 90 min 26 nəfər məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib. 

Qeyd edək ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam