Yenixeber.org: İslam Şurasının İqtisadi komissiyasının üzvü Məhəmməd Baqeri Bənayinin yaydığı məlumata görə, ölkədə yoxsulluq həddi o dərəcədə artıb ki, əhalinin böyük hissəi yoxsulluq həddinin altında yaşayır. Komisiya üzvü inflyasiya səbəbindən son bir-iki ildə yoxsulluq həddinin indi Tehranda 30 milyon tümənə çatdığını söyləyib.
“Mənzil şəraitinə, kirayə haqqına, dolanışıq və inflyasiyaya görə cəmiyyətin orta təbəqəsi Tehranda praktiki olaraq marginallaşmaya və ya qonşu şəhərlərə keçib. Çox da uzaq olmayan gələcəkdə bir çox sosial və siyasi problemlərlə rastlaşa bilərik”, - Baqeri Bənayi deyib.
Bundan başqa, 2020-ci ildə bütün ölkə üzrə bu rəqəmin 4 milyon 541 min tümənə bərabər olmasına baxmayaraq, İranın Kooperasiya, Əmək və Sosial Rifah nazirliyi öz hesabatında, 2022-ci ildə 4 nəfərlik bir ailənin yoxsulluq səviyyəsinin bütün ölkə üzrə 7,7 milyon tümən, paytaxt Tehranda isə 14,7 milyon tümənə çatdığını açqılayıb.
Həmçinin, hökumət orqanları və media son bir neçə gündə İranın İraqdakı dondurulmuş valyuta aktivlərinin bir hissəsinin azad ediləcəyini bildirsə də, Baqeri Bənai bloklanmış dollarların buraxılmasının baş verməyəcəyini, İrana heç bir dollar göndərilməyəcəyini deyib.
Onun iddiasına görə, yəqin ki, İraqda, Əfqanıstanda, Pakistanda və Cənubi Koreyada olan dollarların müqabilində İrana əsas mal və dərman veriləcək. Bu məbləğlər hətta İrana sərbəst şəkildə verilsə belə, onların həcmi ölkə iqtisadiyyatında heç bir rol oynamayacaq qədər kiçikdir.
Qonşu ölkədə yoxsulluq problemi güclənir
İran hökumətinin apardığı iqtisadi siyasət və teokratik rejimin mürtəce siyasətinə qarşı tətbiq edilən sanksiyalar vətəndaşların yaşayış səviyyəsinin günü-gündən daha da pisləşməsinə səbəb olur.