Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Moldova və Ukrayna birgə körpü tikir

 Moldova və Ukrayna Dnestr üzərindən körpünün tikintisinə dair ikitərəfli saziş imzalayıb. Bu barədə TASS Ukraynanın İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.
Yenixeber.org:  Bildirilib ki, yeni körpü Ukrayna-Moldova dövlət sərhədində Yampol (Ukrayna) - Kosautsı (Moldova) yaşayış məntəqələri ərazisində tikiləcək. Müvafiq sazişi Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini - icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov və Moldovanın infrastruktur və regional inkişaf naziri Liliya Dabija imzalayıblar.
Nazirlik əlavə edib ki, saziş iki ölkə prezidentinin 2021-ci ildə keçirilən görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq imzalanıb.
Bildirilir ki, körpü Kiyev və Kişinyov arasında nəqliyyat dəhlizinin əsas halqasına çevriləcək və ukraynalı ixracatçılar Ukraynanın mərkəzi rayonlarından Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə ən qısa marşrutu qəbul edəcəklər.
İnfrastruktur Nazirliyindən verilən məlumata görə, körpünün ümumi uzunluğu 1,4 min metrdən çox olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam