Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Belqrad Universitetinin professoru Erasmus+ çərçivəsində ADBTİA-da təlim keçir-FOTOLAR

 

Serbiyanın Belqrad Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında imzalanmış Müəssisələrarası Müqaviləyə əsasən, Erasmus+ proqramı çərçivəsində ilk dəfə inzibati heyətin mübadiləsi baş tutub. Mübadilə çərçivəsində Belqrad Universitetinin professoru doktor Aleksandar Nedeljkoviç Azərbaycanda səfərdədir.

Yenixeber.org: Qonaq Akademiyanın idman infrastrukturu, Multimedia mərkəzi və Elmi-tədris laboratoriyası ilə tanış olub və ona hər 2 mərkəzin fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.

Professor həmçinin Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüb. Görüş zamanı əməkdaşlığın daha da genişləndirilməsi, ASAPES tələbələri üçün biomexanika üzrə dərs modullarının təşkili və birgə tədqiqat aparılması məsələləri müzakirə edilib.

Professor Aleksandar Nedeljkoviç ASAPES-in inzibati və professor-müəllim heyətinə Belqrad Universitetində idman tibbi və reabilitasiya sahəsində apardığı tədqiqat işi haqqında təqdimat da edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam