İsrail Prezidenti də Ərdoğanla danışıb
İsrail prezidenti İsxak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Yenixeber.org: Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Hersoq Ərdoğanı seçkidəki qələbə münasibətilə təbrik edib.
O, seçki nəticələrinin türk xalqı üçün xeyirli olmasını arzulayıb.
Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.









AZ
RU
