Putin Rusiyanın Avropanın silahlı qüvvələrlə bağlı müqaviləsindən çıxmasını təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin "Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması (AASQM) haqqında" müqavilədən denonsasiyasına dair qanunu imzalayıb.
Yenixeber.org: Bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, bu müqavilə 1990-cu ildə Parisdə və 1999-cu ildə Türkiyənin İstanbul şəhərində ATƏT-in sammitində yenilənmiş variantda imzalanıb.
Məlumata görə, uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə - Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya etmədiyindən Rusiya "Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında" müqavilədə iştirakını dayandırmışdı.









AZ
RU