Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyəli nazir:“Zəlzələdən keçən 3,5 ayda 11 rayonda 185 min mənzilin bünövrəsi qoyulub”

“Zəlzələdən keçən 3,5 ayda 11 rayonda 185 min mənzilin bünövrəsi qoyulub”.

Yenixeber.org: Bunu ətraf mühit və şəhərsalma naziri Murad Kurum hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, sabahdan etibarən Türkiyənin ən böyük və ən güclü dövrü başlayacaq:

“Mayın 28-də gələcəyə ümidlə baxan gənclərimiz, güclü Türkiyə arzulayan xalqımız qazanacaq.

“Cümhur İttifaqı”nın parlamentdəki qələbəsini həzm edə bilməyənlər zəlzələdən əziyyət çəkən insanlarımızı təhqir etdi. CHP heç vaxt Anadolu insanını anlamadı. Ona görə də biz nə Anadolunu, nə də xalqımızı bunların insafına buraxmayacaq”.

“Zəlzələdən keçən 3,5 ayda 11 rayonda 185 min mənzilin bünövrəsi qoyulub. Bu, xalqımızla bərabər liderimizin uğurudur. Bizi axtaranlar Antalyada yanğınlarda, zəlzələ bölgələrində tapa bilər. Çünki biz hər zaman millətimizlə əl-ələ xalqımız üçün ən yaxşı olanı etməyə çalışırıq”, - M.Kurum vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam