Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə bombaya görə 2500 insan təxliyə edildi

polsada-bombaya-gore-2500-insan-texliye-edildi

Polşanın Vroslav şəhərində yaşayan 2500 nəfər İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba səbəbindən təxliyə edilib.

Yenixeber.org: Polşa mətbuatının yaydığı məlumata görə, 250 kiloqramlıq bomba ölkənin cənub-qərbində yerləşən Vroslavda tikinti işləri zamanı aşkar edilib.

Polşa silahlı qüvvələri bombanın müharibədən qalma Alman SC 250 olduğunu açıqlayıb.

Şəhər sakinləri avtobuslarla təhlükəsiz bölgələrə aparılıb. Bundan əlavə, ərazinin dəmir yollarına yaxın olması səbəbindən bomba çıxarılana qədər qatarların hərəkəti də dayandırılıb.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi illərində Vroslav Almaniyanın Breslau şəhəri idi. Almaniyanın təslim olmasından əvvəl şəhər ağır sovet bombardmanları altında olmuş, şiddətli döyüşlərə və geniş dağıntılara səhnə olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam