Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müdafiənin gücləndirilməsi üçün əlavə 80 milyon xərclənib

 Ötən il ərzində əsas bölmələrə aid edilməyən xidmətlər bölməsindən ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 80,0 milyon manat, köhnəlmiş paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 50,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nizamnamə fondunun formalaşdırılması, dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, yerləşdirilməsi, saxlanılması, yenilənməsi (əvəzlənməsi), idarə olunması, mühafizəsi və bununla bağlı digər xərclər üçün 42,3 milyon manat məbləğində vəsait yönəldilib. 

Yenixeber.org:  Bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.  
Həmçinin ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərclərinin ödənilməsi üçün 19,9 milyon manat, fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri üçün 19,8 milyon manat, Bakı şəhərində bir sıra yaşayış binalarının sakinlərinin köçürülməsi məqsədilə birdəfəlik maddi yardımın verilməsi üçün 16,0 milyon manat, xüsusi müdafiə olunan və digər sənədlərin çap edilməsi üçün 4,9 milyon manat, Şamaxı şəhərinin Türk dünyasının turizm paytaxtı seçilməsi ilə əlaqədar şəhərdə bir sıra layihələrin həyata keçirilməsi üçün 11,7 milyon manat, ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər üçün 10,6 milyon manat, aksiz və nəzarət markalarının sifarişi və onların dövriyyəsinə nəzarət sisteminin tətbiqi ilə bağlı tədbirlər üçün 3,7 milyon manat, insan hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin Məhkəmənin qərarlarının icrası, dövlət təltiflərinin hazırlanması üçün 3,4 milyon manat vəsait sərf olunub.  

Hesabat ilində Şuşa qoruğu ərazisində həyata keçirilmiş tədbirlərin maliyyələşdirilməsi, yeni yaradılmış mənzil-kommunal və təmir xidmətinin fəaliyyətinin təşkili, həmçinin maşın və mexanizmlərlə təmin edilməsi üçün 5,6 milyon manat, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yaradılmış 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxslərin 2022-ci ildə fəaliyyətinin təmin edilməsi üçün 4,0 milyon manat vəsait istifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam