Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İsrailin müdafiə naziri:“İran ticarət gəmilərini PUA və raket sistemləri ilə silahlandırır”

“İran ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri ilə silahlandırır”.

Yenixeber.org:  Müvafiq açıqlamanı İsrailin müdafiə naziri Yoav Qallant Tel-Əviv yaxınlığındakı Herzliyada keçirilən təhlükəsizlik konfransında verib.

Qallant İranın ticarət gəmilərini pilotsuz uçuş aparatları və raket sistemləri kimi hücum silahları, eləcə də inkişaf etmiş kəşfiyyat məlumat toplama imkanları ilə təchiz edilmiş döyüş gəmilərinə çevirmək strategiyası barədə ətraflı məlumat verib.

Yoav Qallant altı İran gəmisinin şəkillərini göstərib və bildirib ki, onlardan beşi terrorçuların üzən bazalarıdır:

“Onlardan biri bu yaxınlarda Ədən körfəzinə doğru istiqamət alıb. Tehran uzun müddət İrandan uzaqda qala biləcək terrorçular üçün üzən bazalar tikir. Bu, İranın Fars körfəzi və Ərəbistan dənizinə tətbiq etdiyi dəniz terrorizmi ilə birbaşa bağlıdır.

İran, həmçinin fəaliyyətini Hind okeanına, daha sonra isə Qırmızı dənizə, eləcə də Aralıq dənizinə qədər genişləndirməyə çalışır. Bu, hərbi və mülki, ticarət və hava yollarını təhdid etmək, eləcə də dəniz arenasında daimi təhlükə yaratmaq üçün nəzərdə tutulmuş strukturlaşdırılmış plandır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam