Çin Xəzər üzərindən nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir
Çin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəkləyir.
Yenixeber.org: Bunu Çin lideri Si Cinpin Mərkəzi Asiya ölkələri dövlət başçıları ilə görüşündə deyib.
O, Çinin Mərkəzi Asiya ölkələri ilə transsərhəd daşımaların həcmini artıracağını diqqətə çatdırıb.
Si Cinpin əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanın Avrasiyada əlaqə üçün vacib qovşaq olma əsaslarına, şərtlərinə və üstünlüklərinə malik olduğunu deyib, ölkəsinin Çin-Avropa yük qatarlarının fəaliyyəti üçün nəqliyyat hablarının inşasını sürətləndirəcəyini deyib.