Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsir anaları XİN-ə getdi -Ceyhun Bayramovdan kömək istədilər

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərinin valideynləri Xarici İşlər Nazirliyinə (XİN) gediblər. 

Yenixeber.org: Əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovun anaları XİN rəsmiləri tərəfindən qəbul olunub, onlara övladlarının azad olunması istiqamətində görülən işlər barədə məlumat verilib. 

Hüseyn Axundovun anası Şəlalə Axundova deyib ki, nazir Ceyhun Bayramovla görüşmək istəsələr də, onları səlahiyyətli şəxs qəbul edib: 

"Bu gün biz Xarici İşlər Nazirliyinə getdik, Ceyhun Bayramovla görüşə bilmədik. Lakin nazirliyin səlahiyyətli şəxsləri bizi qəbul edərək, övladlarımızın geri qaytarılması istiqamətində səylə çalışdıqlarını bildirdilər. Nazir Ceyhun Bayramovun əsirlərin azad olunması üçün xarici ölkələrdə çıxışlar etdiyi barədə məlumat verdilər. 
Biz əsir hərbçilərin valideynləri olaraq, övladımızın səsini eşitmək, onlarla videoformatda danışmaq istədiyimizi bildirdik və bizə köməklik göstərilməsini xahiş etdik". 

"Dərdimizi danışdıq, onlar da bizi dinlədilər. Xahiş etdik ki, övladlarımızın sağlıq durumu barədə bizə ətraflı məlumat versinlər. Görüntülü, səsli danışmaq imkanı yaratsınlar, ya da heç olmasa, şəkillərini bizə göndərsinlər. İstəyimiz odur ki, bizə kömək etsinlər", - əsir anası vurğulayıb. 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam