Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənilər mövqelərimizi 17 dəfə ATƏŞƏ TUTDU

Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb.  

Bu barədə məlumatı  Müdafiə Nazirliyi yayıb. 

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. 

Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub. 

Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub.
Ordumuzun şəxsi heyəti və texnikasında itki yoxdur. 

Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti  nəzarət altındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam