Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri görünüb -FOTO

Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri aşkar edilib.

Yenixeber.org: Bu barədə Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Almaniya və Britaniyanın təyyarələri Baltik dənizi üzərində üç Rusiya hərbi təyyarəsini müəyyən ediblər.

Bunlar müvafiq olaraq, 2 SU-27 və 1 IL-20 tipli təyyarələrdir. "Onlar transponder siqnalı olmadan uçublar", Luftwaffe bildirib.

Aşkar olunan Rusiya təyyarələrinin fotoları da yayımlanıb.

Qeyd edək ki, NATO dövlətləri olan Estoniya, Latviya və Litvanın öz döyüş təyyarələri olmadığı üçün NATO tərəfdaşları 2004-cü ildən Avropanın şimal-şərqində Baltik hava məkanının təhlükəsizliyini təmin edirlər. Bu məqsədlə müttəfiqlər müntəzəm olaraq döyüş təyyarələrini və şəxsi heyəti Baltik dənizinə göndərirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam