Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bob Bləkmən: "Ermənilər Ağdam məscidini donuz saxlamaq üçün istifadə ediblər"

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Azərbaycanda səfəri zamanı Ağdamda olması ilə bağlı tviter hesabında paylaşım edib.
Yenixeber.org: Bob Bləkmən paylaşımında Ağdamda erməni işğalından azad edildikdən sonra yenidən tikilməkdə olan məşhur məscidə baş çəkdiyini yazıb. Qeyd edib ki, məscid işğal zamanı ermənilər tərəfindən donuz və mal-qara saxlamaq üçün istifadə edilib.
O, həmçinin yazıb: “Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsini tərk etməmişdən əvvəl burada 1 milyondan çox mina basdırıblar. Böyük Britaniya minalardan təmizləmə proqramına yardım edir. Budur, Ağdamın ərazilərindən birində bir neçə cəsur adam minaları əllə təmizləyir. İndi cəsur insanlar onları təmizləyirlər ki, işğaldan azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun.
Ağdamda minatəmizləmə sahəsində tapılan minaların nəzarətli partlamasını həyata keçiririk. Minaların harada yerləşdiyinə dair heç bir xəritə yoxdur. Bu minalara görə 300 dinc sakin həyatını itirib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam