Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ekoloji fəallıq tək bir aksiya ilə bitməli deyil" - Muxtar Babayev

Ekoloji fəallılıq tək bir aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir fəaliyyətə çevrilməlidir
Yenixeber.org: Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib. Onun sözlərinəgörə, iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün təxirsalınmaz tədbirlər görməliyik.

Nazir bildirib ki, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir: "Bu, təkcə ətraf mühitə deyil, həm də bütövlükdə iqtisadiyyata və cəmiyyətə təsir göstərir. Elmi araşdırmalar göstərir ki, artıq qlobal istiləşmənin təsirlərini daha tez-tez və intensiv şəkildə baş verən təbii fəlakətlər, dəniz səviyyəsinin dəyişməsi və anomal hava şəraiti ilə müşahidə edirik. Bu çağırış qarşısında özümüz və planetimiz üçün daha dayanıqlı gələcək qurmaq üçün kifayət qədər imkanlarımız var".

M.Babayev vurğulayıb ki, bu xüsusda iqlim dəyişikliyi ilə bağlı aktual problemlərin həllində maraqlı olan bu qədər şagirdi bir arada görmək sevindirici haldır: "Siz bu məsələdə daha həssassınız və gələcək nəsillərin ekoloji problemlərlə mübarizəsində mühüm qüvvəni təşkil edirsiz. Enerjinizi, yaradıcılığınızı və innovativ ideyalarınızı bu səylərə cəlb etməyiniz çox vacibdir. Öz həyat tərzinizdə davamlılıq prinsipinə uyğun hərəkət etmək və başqalarını buna təşviq etmək iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində ən vacib addımlardan biri olacaq".

"Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan əbədiyaşar Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə mühüm tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır", - nazir əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam