Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanla Çin arasında vacib memorandum İMZALANDI

 “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb. 

Yenixeber.org: QSC-dən verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir. 

Qeyd edək ki, Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman keçən il 26 million TEU konteyner aşırıb. Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır. Qinqdao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekorda həcmdə illik 1.6 milyarda tondan çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub. 

Bakı Limanı və Qinqdao Limanı ilə imzalanan memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədi ilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki. anlaşma memorandumuna görə həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq. 

Qeyd edək ki, Şandonq Port Qrupun İdarə Heyətinin Sədri və Baş Direktoru cənab Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel 2023-cü il tarixlərində Azərbaycana işgüzar səfərdədirlər. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır. 

İmzalanma mərasmindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamunn imzalanması münasibəti ilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Qinqdao Limanı tərəfindən hədiyyə olunan və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərdində yerləşən Bakı Limanında ucaldılması, Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrnin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək. 

Qinqdao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bunlar “Qinqdao Daqanq Liman ərazisi” , “Huanqdao” neft ərazisi ”, “Qianvan” liman ərazisi”, “Donqjiakou liman ərazisi” və “Veihai” liman ərazilədir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan limanlar qrupudur. Bakı Limanı ilə Qinqdao Limanı arasında imzalanan anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycan və Çin arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam