Yenixeber.org: “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
İtkin düşən hərbçilərimizin Bakının Suraxanı rayon sakini Bəbirov Aqşin Qabil oğlu və Lənkəran sakini Axundov Hüseyn Əhliman oğlu olduğu bildirilir.
Azaraq Ermənistana keçən ikinci əsgərimiz də tapıldı

Naxçıvanda azaraq sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistan ərazisində tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.