Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Yeni gizli casus proqramı aşkarlandı -Qurbanlar var

İsrailin gizli casus proqramı şirkətinin azı 10 ölkədə müştəriləri var. Bu şirkətin hək alətlərindən azlıqda olan partiya təmsilçiləri, jurnalistlərə qarşı istifadə olunub.

Yenixeber.org: Bu haqda “Washington Post” qəzeti “Microsoft” şirkəti və “Citizen Lab” qeyri-kommersiya təşkilatının araşdırmasına əsasən yazır.

Microsoft QuaDream şirkətinin yaratdığı casus proqramının izlərini Apple şirkətinin iOS əməliyyat sisteminin köhnə versiyalarında aşkarlayıb. Toronto Universitetində yerləşən “Citizen Lab” isə bu data vasitəsilə qurbanları tapıb. İki ayrı-ayrı hesabatda proqramın necə işlədiyi, hansı ölkələrin bu proqramın tutduğu informasiyanın qəbulu üçün server işlətdiyi hərtərəfli təhlil olunur.

              Beş qurban

“Citizen Lab” beş qurbanı aşkarladığını bildirir. Sistemin fəndlərindən biri hədəflərin görməyəcəyi təqvim dəvətləri göndərmək olub.

Bir müddət öncə QuaDream-la bağlı marketinq kitabçası yayılanda media orqanları onun müştəriləri arasında Səudiyyə Ərəbistanı, Meksika, Sinqapurun olduğunu müəyyənləşdirib.

“Citizen Lab” isə bildirir ki, Bolqarıstan, Çex Respublikası, Macarıstan, Qana, İsrail, Meksika, Rumıniya, Sinqapur, BƏƏ və Özbəkistanda QuaDream serverləri aşkarlanıb. Bu ölkələrdən bəzilərinin, o cümlədən Meksika və BƏƏ-nin irimiqyaslı insan haqları pozuntularına yol verdiyi, keçmişdə ölkə içində dinc müxalifətə qarşı casus proqramından istifadə etdiyi vurğulanır.

Qurum son qurbanların adlarını açıqlamayıb, onların hazır olduqca özlərinin açıqlama verəcəyini bildirib. Sızdırılan informasiyaların həbslərə, yaxud digər fəsadlara səbəb olub-olmadığı bəlli deyil.

              QuaDream necə işləyir

“Pegasus” proqramının yaradıcısı NSO Group şirkəti kimi, QuaDream də məhsullarını hökumət agentliklərinə satır. Ancaq NSO-dan fərqli olaraq korporativ təmsilçiliyi gözə dəymir və beləliklə də, ixrac lisenziyası tələbindən yayına bilər, qəzet yazır. Şirkətin Kiprdə yerləşən InReach vasitəsilə reseller xidmətindən yararlandığı bildirilir.

NSO isə ixrac üçün İsrailin müdafiə nazirliyindən icazə almalıdır.

QuaDream 2016-cı ildə NSO-nun keçmiş əməkdaşları tərəfindən yaradılıb.

2021-ci ildə QuaDream və NSO iPhone sistemindəki boşluqlardan yararlanaraq casus proqramı işlətməkdə ittiham olunub.

Apple sonradan qüsurların aradan qaldırıldığını bildirib. Şirkətin sözçüsü deyib ki, o vaxtdan bəri oxşar halın baş verməsinin əlaməti görünmür. Ancaq “Citizen Lab” bildirir ki, QuaDream proqramına yeni, hələ aşkarlanmayan xüsusiyyət daxil edə bilər.

2021-ci ildə Azərbaycanda da ictimai fəalların, jurnalistlərin “Pegasus” proqramıyla izləndiyi bildirilsə də, hakimiyyətdən isə bu iddiaları cavablandıran olmamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam