Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Türkiyədə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 100 ağac əkilib -FOTO

 

Türkiyənin Kocaeli şəhərində yerləşən “Türkiyə - Azərbaycan” Qardaşlıq Meşəsində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 100 ağac əkilib.

Yenixeber.org: Ağacəkmə mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, konsul Zaur Allahverdizadə, Kocaeli valisinin köməkçisi İsmail Gültəkin və digər rəsmi şəxslər iştirak edib.

Mərasim çərçivəsində çıxış edən baş konsul Nərminə Mustafayeva Heydər Əliyev faktorunun Azərbaycanın müstəqilliyi və birliyində müstəsna rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan-Türkiyə münasibətləri də dərinləşərək yeni xarakter daşıyıb.

Kocaeli valisinin köməkçisi İsmail Gültəkin öz növbəsində bu mərasimin vacibliyini diqqətə çəkərək, iki ölkənin qardaş və müttəfiq ölkə olduqlarını vurğulayıb.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam