Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

HİK tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunan spartakiadanın açılışı  olub -FOTOLAR

image-s

Aprelin 7-də Azərbaycan Voleybol Federasiyasının İdman kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş spartakiadanın açılış mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan idman yarışında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmət sahələrinə daxil olan müəssisə və təşkilatların komandaları iştirak edir.

Öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, həmçinin təhsilə, idmana olan diqqətindən və gənclər siyasətindən danışıb.
Bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev idmanın inkişaf strategiyasını müəyyənləşdirdi: “Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük uğura gedən yolun təməli qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib, dünya şöhrətli yeni-yeni idmançılar yetişib. Əsasən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu”.Səttar Möhbalıyev vurğulayıb ki, AHİK-in nəzdində 11 idman cəmiyyəti və klubları olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi fəaliyyət göstərir: “İdmançılarımızın yaxşı nailiyyətləri var. Məsələn, I Avropa Oyunlarında həmkarlar ittifaqlarının idman təşkilatlarından 11 idmançı iştirak edib. Dünya, Avropa, müxtəlif beynəlxalq və milli yarışlarda həmkarlar ittifaqının idmançıları uğurlara imza atrıblar”.
Onun sözlərinə görə, təşkil olunan və həyata keçirilən hər bir kütləvi idman spartakiadası insanlarda sağlam həyat tərzinə və yarış rəqabətinə marağı gücləndirir, əsasən yeniyetmələrin və gənclərin idmana kütləvi axınına yol açır. Çıxışının sonunda Səttar Möhbalıyev spartakiadanı açıq elan edib idmançılara 
uğurlar arzuladı. Tədbirdə Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə idman sahəsinin inkişafı üçün gördüyü işlərdən danışıb və təşkil olunan spartakiadanın əhəmiyyətindən bəhs edib.      
Ardınca bədii gimnastların fərdi çıxışları izlənilib və konsert proqramı təşkil edilib. Sonda əvvəlki illərin spartakiadasında qalib olmuş iki futbol komandası arasında yoldaşlıq görüşü olub.
Qeyd edək ki, spartakiadada mini futbol üzrə 17, şahmat üzrə 21, dama üzrə 12, stolüstü tennis üzrə isə 10 komanda mübarizə aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam