Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ukrayna Baş Qərargahı:“Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”

 

“Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, martın 17-dən 21-dək yaralı rus hərbçilərinin əksəriyyəti ölüb: “Bu, qarşı tərəfin tibb xidmətinin zəif olduğunu göstərir. Görünür, tibb işçiləri kifayət qədər peşəkar deyillər”.

Məlumata görə, Rusiya komandanlığı Luqansk vilayətinin müvəqqəti ələ keçirdiyi ərazidə fəaliyyət göstərən mövcud xəstəxanalarda çarpayıların sayını artırmaq qərarına gəlib: “Həmçinin Troitske qəsəbəsindəki hərbi hospitalda çarpayıların sayı iki dəfə artırılaraq 200-dən 400-ə çatdırılıb. Ərazidəki yaralı zabitlər Rusiyaya təxliyə edilib”.

Baş Qərargahın informasiyasına əsasən, son 24 saat ərzində Ukrayna aviasiyası qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib: “Son sutkada, həmçinin Rusiya Silahlı Qüvvələrinin 2 “Kh-59” hava raketi və 4 müxtəlif tipli PUA-sı məhv edilib. Raket qoşunlarının bölmələri və artilleriya bölmələri eyni zamanda düşmənin canlı qüvvəsi, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə və 2 yanacaq-sürtkü materialı anbarına zərbələr endirib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam