Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Vətən müharibəsi iştirakçısı olan müəllimlər məktəb direktoru təyin olunublar

 

Vətən müharibəsi iştirakçısı, manqa komandiri olan müəllim direktor təyin olunub.

Yenixeber.org: Vətən müharibəsi iştirakçısı Nicat İqbal oğlu Babazadə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq, elm və təhsil nazirinin müvafiq əmri ilə Yardımlı rayonu Kürəkçi kənd R.C.Əliyev adına tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.

Yardımlı rayonu R.C.Əliyev adına Kürəkçi kənd tam orta məktəbin coğrafiya müəllimi olan Nicat Babazadə Füzuli və Xocavənd rayonlarının düşməndən azad olunması zamanı manqa komandiri kimi ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

N.Babazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan Respublikası müharibə veteranı” vəsiqəsi ilə təltif olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam