Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

BP əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün imkanlar yaradır

 

BP şirkəti əlilliyi olan şəxslərin cəmiyyətə inamla və effektiv şəkildə inteqrasiyasına töhfə vermək səylərinin bir hissəsi olan daha bir sosial sərmayə layihəsini bu gün uğurla başa çatdırıb.

Yenixeber.org: Layihə "DanceAbility®" adlı beynəlxalq təlim metodu əsasında hazırlanıb.

Layihənin məqsədi "Danceability®" metodunun təklif etdiyi universal ünsiyyət üsulları vasitəsilə əlilliyi olan şəxslərin müalicəsi və reabilitasiyasında inklüzivliyi təmin etmək idi.

Layihə çərçivəsində Bakı, Yevlax və Şirvandakı reabilitasiya mərkəzlərinin mütəxəssisləri üçün DanceAbility® metodu üzrə təlimlər təşkil olunub. Reabilitasiya mərkəzlərinin 52 əməkdaşı üçün ümumilikdə 28 olmaqla 14 onlayn və 14 oflayn "DanceAbility®" təlim sessiyası keçirilib. Təlim keçmiş bütün mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini təmsil edirlər.

Təlim sessiyaları əsasən özünüifadə, özünəinam, kreativlik, ünsiyyət bacarıqları, empatiya, psixi və fiziki rifahın yaxşılaşdırılması və digər mövzuları əhatə edib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin uğurla başa çatması münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edərkən bildirib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərə hamımız üçün ortaq bir dil olan hərəkət və rəqs dili vasitəsilə ünsiyyət qurmağa kömək etmək idi: "Bu dilin əlilliyi olan şəxslərin cəmiyyətdə tam və səmərəli şəkildə iştirakına əngəl olan maneələrin aradan qaldırılması istiqamətində çox effektiv olduğu artıq sübut edilib. Danceability® metodunun istifadə etdiyi 200-dən çox məşq hərəkəti hər yaşda olan insanlara bu metoddan eyni dərəcədə faydalanmağa imkan verməklə onlara özlərini cəmiyyətin fəal tərkib hissəsi kimi hiss etməyə və özgüvənini artırmağa kömək edir.

"İnanırıq ki, bu layihə əlilliyi olan şəxslərin daha geniş cəmiyyətə inteqrasiyası üçün unikal və innovativ imkanlardan birini təmin edərək minlərlə insana özünəinam və özünüifadə hissi bəxş edəcək. Həqiqətən də, Bakı, Yevlax və Şirvan şəhərlərindəki reabilitasiya mərkəzlərinin 50-dən çox mütəxəssisinə təlim keçməklə biz həmin ərazilərdə yaşayan əlilliyi olan 8 000-dən çox insana fayda verəcəyimizə ümid edirik", - deyə BP rəsmisi bildirib.

Layihənin ümumi dəyəri 42 950 manat (25 264 ABŞ dolları) təşkil edib. Həmin məbləğə əsasən təlimlərin keçilməsi və səkkiz təlim videoçarxının hazırlanması xərcləri daxildir.

Layihə hazırda Azərbaycanda "DanceAbility®" təlimlərini keçmək hüququna malik yeganə yerli təşkilat olan "DanceAbility Azərbaycan" MMC tərəfindən həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam